“Oskar”a namizəd olan filmlər... - Siyahı

“Oskar”a namizəd olan filmlər... - Siyahı Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatına iddiaçıların 10 kateqoriya üzrə siyahısını təqdim edib.
Artıq “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasına 15 film seçilib.
Mükafat üçün namizədlərin siyahısına “Navalnı” filmi də daxil edilib. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb. Bunlardan isə yalnız beşi mükafata namizəd olacaq.
“Oskar” mükafatına ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs kateqoriyaları üzrə də filmlərin namizədliyi irəli sürülüb.
Qeyd edək ki, 95-ci mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər