“Bu, məyusluqdur” - Zelenski

“Bu, məyusluqdur” - Zelenski Ukrayna Prezidenti Volodimir Zelenski Milad günü ilə bağlı dünyaya çağırış edib.
Zelenski 2022-ci ilin Ukrayna xalqı üçün ağır keçdiyini qeyd edib.
​​“Biz ənənəvi Milad ruhunu fərqli hiss edirik. Masalarımızda şam yeməyi dadlı və isti deyil. Ətrafda boş oturacaqlar var. Evlərimiz, küçələrimiz işıqlandırılmır. Bu, məyusluqdur. Təəssüf ki, bu il bütün bayramlar bizim üçün acı oldu. Möcüzə gözləməməli, onu özümüz yaratmalıyıq”, - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti 2023-cü ilin onlar üçün uğurlu olacağına inandığını vurğulayıb:
"Bayramlarımızı qeyd edəcəyik, gülərək xoşbəxt olacağıq, həmişəki kimi sevinəcəyik”.

Tehsil-press.az

Oxşar xəbərlər