Ukrayna sürətli şəkildə NATO-ya üzv olmaq üçün müraciət edir

Ukrayna sürətli şəkildə NATO-ya üzv olmaq üçün müraciət edir Ukrayna bu gün sürətli şəkildə NATO-ya üzv olmaq üçün müraciət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində məlumat verib.
"De-fakto, biz artıq NATO-ya yol almışıq. De-fakto, biz Şimali Atlantika Alyansının standartlarına uyğunluğumuzu artıq sübut etmişik. Onlar Ukrayna üçün realdır - döyüş meydanında və qarşılıqlı fəaliyyətimizin bütün aspektlərində realdır. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və qoruyuruq”, - Zelenski əlavə edib.
V.Zelenski, həmçinin qeyd edib ki, Ukrayna NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımını atır.
Ukrayna və Rusiya arasında danışıqlara gəlincə, V.Zelenski deyib ki, Ukrayna Rusiya Federasiyası ilə danışıqlara yalnız yeni prezidentin hakimiyyəti altında hazırdır.
O qeyd edib ki, Ukrayna danışıqlar üçün bütün səylərini göstərir. “Məhz bizim ölkə Rusiyaya bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərlə birgəyaşayış haqqında razılığa gəlməyi təklif edir”, - deyə Zelenski vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər