"Ukraynadakı müharibə Avropanı təhlükəyə atdı” - Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ukraynadakı müharibənin dünya ölkələri üçün təhdid rolu oynadığını qeyd edib.
Qaribaşvili bunu paytaxt Tbilisidə keçirilən Səfirlər Konfransı 2022-nin açılışında bildirib.
"Rusiyanın ədalətsiz hərbi müdaxiləsi, Ukraynadakı proseslər dünya nizamını alt-üst edən ən böyük problemdir və ilin mühüm hadisəsidir. Arzumuz müharibənin bir an əvvəl bitməsidir, çünki bu, təkcə Ukraynanın deyil, bütün Avropa və regionumuzun təhlükəsizlik arxitekturasını təhdid edir ",-deyə Qaribaşvili vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər