Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Parlamentinin Təhlükəsizlik və müdafiə üzrə xarici əlaqələr komitəsinin nümayəndələri ilə görüşüb.
Görüşdə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciəti və Avropa Parlamentinin bu ölkəyə dəstəyi əsas müzakirə mövzusu olub.
Eyni zamanda, Cənubi Qafqaz regionunda və Qara dəniz hövzəsində vəziyyət, iqtisadi layihələr barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Aİ-Gürcüstan yüksək səviyyəli strateji təhlükəsizlik dialoqu səmərəli platforma olaraq qalır. Qara dənizdə əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Söhbət zamanı regionda təhlükəsizlik problemlərinə də toxunulub.
Tehsil-press.az