Özbəkistanda 18 uşağın dərmandan ölümü ilə bağlı cinayət işi açılıb

Özbəkistanda 18 uşağın dərmandan ölümü ilə bağlı cinayət işi açılıb Özbəkistanda kəskin respirator virus infeksiyalarının müalicəsi üçün dərmandan 18 uşağın ölümündən sonra cinayət işi başlanıb.
Bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidməti məlumat yayıb.
“Doc-1 Max” dərmanının qəbulu nəticəsində 18 uşağın ölümü faktı ilə bağlı “Quramax Medical” və “Dərman Vasitələrinin Standartlaşdırılması Elmi Mərkəzi” MMC-nin vəzifəli şəxsləri barəsində “Tərkibində güclü təsir göstərən maddələr olan reseptlə verilən dərman vasitələrinin pərakəndə satışı qaydasının pozulması” ittihamı üzrə cinayət işinə başlanılıb.
Tibbi ekspertizanın materialları hüquq-mühafizə orqanlarına təhvil verilib. Laboratoriya tədqiqatları zamanı preparatın tərkibində zəhərli etilen qlikol maddəsi aşkar edilib.
“Quramax Medical” şirkətinin vəzifəli şəxslərinin və “Elmi Mərkəz”in əməkdaşlarının saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasına yerləşdirildiyini bildirilib.
Qeyd edək ki, dekabrın 27-də səhər saatlarında Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti 18 uşağın öldüyü barədə məlumat verib. Ölənlər stasionar müalicəyə buraxılmazdan əvvəl zəhərlənmiş dərmandan uşaqlar üçün standart dozadan artıq qəbul ediblər.

Tehsil-press.az





Oxşar xəbərlər