Ukraynada helikopter qəzasının üç versiyası nəzərdən keçirilir

Ukraynada helikopter qəzasının üç versiyası nəzərdən keçirilir Brovarıda 14 nəfərin həlak olması ilə nəticələnmiş helikopter qəzası ilə bağlı təhqiqat işləri davam edir, hadisənin bir neçə versiyası nəzərdən keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski bunu Davosdakı çıxışı zamanı deyib.
Yanvarın 18-də Kiyev vilayətinin Brovarı qəsəbəsində helikopter uşaq bağçası və yaşayış binasının yaxınlığında qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastirski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olub.
Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb. Qəzada ümumilikdə biri uşaq olmaqla, 14 nəfər həlak olub. Həmçinin 25 nəfər, o cümlədən 11 uşaq yaralanıb.
Ukraynanın Təhlükəsizlik Xidməti hadisənin üç mümkün versiyasını səsləndirib: uçuş qaydalarının pozulması, helikopterin texniki nasazlığı və nəqliyyat vasitəsinin qəsdən məhv edilməsi.

Tehsil-press.az

Oxşar xəbərlər