Laçından yayılan xəbər Hindistanı əl-ayağa saldı

Laçından yayılan xəbər Hindistanı əl-ayağa saldı “Laçında keçirilən üçtərəfli Zirvə görüşü dostluğun, qardaşlığın parlaq təzahürü idi. Üç liderin Laçın görüşü həm regional, həm qlobal miqyasda bir çox vacib mesajları çatdırmış oldu”.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar İskəndərov deyib.

“Azərbaycan dünyaya Şərqi Zəngəzuru, füsunkar Laçını, işğaldan azad olunmuş ərazilərin bərpasını, yenidən qurulmasını, görülən işlərin miqyasını nümayiş etdirdi. Liderlər siyasi, hərbi, iqtisadi, humanitar sahələrdə birgə qarşılıqlı faydalı əməkdaşlığı təbliğ etdilər. Dostlar sevinir, gözü götürməyənlər isə narahatdırlar. Çünki bu birlik dostluqla bərabər, düşmənə göz dağıdır.

Hindistanın xəbər saytlarının tez-tələsik Ermənistan və digər dövlətlərlə birlik yaratmağa çağırması və narahatlıq keçirməsi dediklərimizə bariz nümunədir. Düşünürük ki, Laçın Zirvə görüşü zaman keçdicə öz bəhrəsini verəcək və bu möhtəşəm hadisə hər üç ölkənin tarixinə qızıl hərflərlə yazılacaq”, – deputat bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər