Dneprdə raket atəşinə tutulan çoxmərtəbəli binada axtarış-xilasetmə əməliyyatı başa çatıb

Dneprdə raket atəşinə tutulan çoxmərtəbəli binada axtarış-xilasetmə əməliyyatı başa çatıb Rusiya qoşunlarının raket atəşinə tutduğu Dneprdəki çoxmərtəbəli binada axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin teleqram kanalında bildirilib.
Qeyd edilib ki, 39 nəfər xilas olunub (6-sı uşaq), 44 nəfər həlak olub (5-i uşaq), 79 nəfər yaralanıb (16-sı uşaq).
Bundan əlavə, itkin düşən şəxslər barədə 47 məlumat alınıb, onlardan 23 nəfərin həlak olması təsdiq edilib. Dörd nəfər isə qohumlarının yanında, xəstəxanalarda sağ-salamat tapılıb.
Xatırladaq ki, yanvarın 14-də növbəti güclü hücum zamanı Rusiya qoşunları Dneprdəki çoxmərtəbəli binaya X-22 raketləri ilə zərbə endirib.

Tehsil-press.az


Oxşar xəbərlər