Çində ay təqviminə görə yeni ilin qeyd olunduğu “Bahar bayramı” tətili zamanı ölkənin əksər hissəsinə təsir edən soyuq hava dalğası səbəbindən rekord aşağı temperatur ölçülüb.
Çin Milli Meteorologiya Mərkəzinin (NMC) verdiyi açıqlamaya görə, yanvarın 22-də şimal-şərqdə yerləşən Heylongciang əyalətinin Mohi şəhərində havanın temperaturu 53 dərəcə şaxta təşkil edib. Bu, ölkədə bu günə kimi görülən ən aşağı temperatur olub.
Bu səhər paytaxt Pekində 22,4 dərəcə şaxta və şimal Lioninq əyalətinin mərkəzi olan Xinyanqda 23,8 dərəcə şaxta hər iki şəhərdə müşahidə edilən ən aşağı temperatur olaraq qeydə alınıb.
Qeyd edək ki, Çində əvvəlki rekord aşağı temperatur 1969-cu ildə mənfi 52,3 dərəcə olub.
Tehsil-press.az