Regionda ilk dəfə yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müasir tədris metodunu kökündən dəyişən “Çevrilmiş təhsil” (Flipped Education) metodu tətbiq olunur.
Harvard, Kaliforniya, Vaterloo, Branston kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi tələbələrə dərs zamanı ötürüləcək biliklərin elektron resurslar formasında hazırlanaraq dərsdən öncə təqdim olunmasıdır. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Elektron resurslara mövzular üzrə mühazirələrin audioyazıları, mövzuların suallarının izahlarını əhatə edəcək videoyazılar, animasiya və təqdimatlar daxildir. Elektron resurslarla yanaşı, dərsdənkənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC “Eduman” sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim və tələbə ilə yanaşı, tələbələr də öz aralarında keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.
Tehsil-press.az