"Elektron hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim Tədris Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr üçün "Elektron hökumət" mövzusunda seminar təşkil olunub. Seminarda Elektron Hökumət Təlim Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri təqdimatla çıxış ediblər.
Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə İKT sahəsinin inkişafı, informasiya texnologiyaları-karyera, həmçinin “Elektron hökumət” və “Elektron imza” mövzusunda məlumat verib.
Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov “Elektron hökumət”in infrastrukturu, əsas komponentləri, elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları haqqında danışıb. Məruzəçi "Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlər barədə ətraflı məlumat verərək portal üzərindən təqdim olunan bir çox elektron xidmətlərin məhz gənclər üçün nəzərdə tutulduğunu qeyd edib.
Seminarda müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gəncləri "Elektron hökumət", elektron xidmətlər, elektron imza, elektron sənəd və sair barədə ətraflı məlumatlandırılması və onlarda praktiki biliklərin aşılanmasıdır.
UNEC-in Mətbuat Xidməti