Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yay semestrinin “Blackboard” – tədrisin idarə edilməsi sistemi vasitəsilə təşkilinə start verilib. BDU 2021-ci ilin may ayından etibarən ABŞ-ın “Blackboard” şirkəti ilə əməkdaşlığa başlayıb.
Qısa zaman müddətində keçirilmiş təlimlər, qazanılmış bacarıqlar nəticəsində bakalavriat və magistratura səviyyələri üzrə bu tədris ilinin yay semestrinin “Blackboard” sistemi vasitəsilə təşkil edilməsinə qərar verilib. İyulun 22-dən başlanılan proses hazırda uğurla davam etdirilir. 700-dən çox tələbə və 102 müəllim ümumilikdə 170 fənn üzrə tədris prosesində iştirak edir. Tədris materiallarının elektron qaydada sistemə yüklənməsi, tələbələrə asan yolla çatdırılması, “Blackboard Collaborate” platforması vasitəsilə tədris prosesinin onlayn qaydada təşkili həyata keçirilir.
Tələbələr artıq sistem üzərindən qiymətləndirilir, dərslərin videoyazılışı aparılır və tələbələrin davamiyyəti sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq şəxsi kabinetlərdə öz əksini tapır. Eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə olunması təmin edilir. Gündəlik olaraq tələbə və müəllimlərin aktivliyi təhlil olunur, sistemə giriş zamanı çətinlik yaşayan tələbələr üçün videotəlimatlar hazırlanaraq təqdim edilir. Fərdi qaydada problemin həlli, “Qaynar xətt” vasitəsilə çətinliyin aradan qaldırılması istiqamətində işlər görülür.
BDU-nun müəllim kollektivinə könüllülük prinsipi əsasında təlimlərin keçirilməsi davam etdirilir. 2021-2022-ci tədris ilindən etibarən tam olaraq tədris prosesinin elektron idarə olunması üçün “Blackboard” sisteminin bütün tələbə və müəllim kontingenti arasında tətbiqinə başlanılması planlaşdırılır.
Tehsil-press.az