Ərdoğanın zəlzələ ilə əlaqədar Türkiyənin 10 əyalətində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı sərəncamı dərc edilib

Ərdoğanın zəlzələ ilə əlaqədar Türkiyənin 10 əyalətində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı sərəncamı dərc edilib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ ilə əlaqədar Türkiyənin 10 əyalətində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı sərəncamı dərc edilib.
Sərəncama əsasən, Türkiyənin Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində fevralın 8-i saat 01:00-dan etibarən 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər