Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 2921 nəfərə çatıb

Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 2921 nəfərə çatıb Türkiyədə ötən gün baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
Təbii fəlakət zamanı yaralananların sayı 15 min nəfəri ötüb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər