
Kampaniya çərçivəsində fevralın 8-dən etibarən ADPU-nun tələbə və əməkdaşları universitetin Bakı şəhərində yerləşən tədris binalarına yaxınlaşaraq qardaş türk xalqına yardım üçün zəruri ləvazimatları təhvil verməyə başlayıblar.
Qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin məlumatına əsasən, bütün yaşlardan olan zərərçəkənlərin əsasən qış paltarlarına - gödəkçə, şalvar, əlcək, corab, ayaqqabıya ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, odeyal, döşək, standart qızdırıcı cihazlar, əl fənəri, generator, poverbank, təmizlik alətləri, gigiyenik vasitələr, uşaq ləvazimatları və s. lazımdır.
Tehsil-press.az