Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində qardaş ölkənin TED Universiteti ziyarət olunub və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.
TED Universitetinin rektoru professor İhsan Sabuncuoğlu və universitetin Təhsil fakültəsinin dekanı professor Yüksel Kavakla cari ilin iyun ayında ADPU-da ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlığa dair anlaşma memorandumundan irəli gələn məsələlər və hər iki qurumun müvafiq strukturları arasında əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Ziyarət çərçivəsində, həmçinin TED Universitetinin Təhsil fakültəsinin əməkdaşları ilə fikir mübadiləsi aparan Pedaqoji Universitetin heyəti fakültədə yaradılan şərait və təlim mühiti ilə yaxından tanış olublar.
Tehsil-press.az