Yunis Səfərovdan xəbər var

Yunis Səfərovdan xəbər var Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərovun və bu cinayətə bağlı digər 11 nəfər barəsindəki hökmdən kassasiya şikayəti verib.
Ali Məhkəmədə keçiriləcək proses fevralın 16-na təyin edilib.
Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini tapança ilə yaralayıb.
İyulun 10-da Gəncə administrasiyasının binası qarşısında şəhər sakinlərinin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər həbs edilib.
Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti mühakimə olunub.
Yunis Səfərov və digər fiqurantların məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18-20 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

Tehsil-press.az


Oxşar xəbərlər