Zelenskinin azərbaycanlı jurnalistlə selfisi maraqla qaşılandı

Zelenskinin azərbaycanlı jurnalistlə selfisi maraqla qaşılandı Ukrayna Prezidenti Volodimir Zelenski media nümayəndələri üçün geniş mətbuat konfransı təşkil edib.
Mətbuat konfransı zamanı həmin ölkədəki müharibəni işıqlandıran azərbaycanlı jurnalist Mübariz Aslanovun Ukrayna lideri ilə selfi çəkdirməsi, eləcə də Zelenskinin Azərbaycana təşəkkür etməsi xüsusilə diqqət çəkib.
Belə ki, azərbaycanlı jurnalistə söz verildikdə o bildirib ki, oğlu atasının Zelenski ilə selfi çəkdirmək istədiyini bildirib. Ukrayna Prezidenti isə bunu müsbət qarşılayıb və onu yanına dəvət edib. Jurnalistin istəyi həm Zelenski, həm də zaldakı jurnalistlər tərəfindən maraqla qarşılanıb.
Bununla yanaşı, Zelenski jurnalistin öz sualını Ukrayna dilində verməsini də yüksək qiymətləndirib və Azərbaycan haqda fikirlərini ifadə edib: “Əgər jurnalist sualı Ukrayna dilində verirsə, o Ukrayna və Rusiya arasında öz seçimini edib. Dəstəyə görə təşəkkür edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə təmasdayıq. Onun Ukrayna üçün sərgilədiyi dəstəyə görə minnətdarıq. Azərbaycan Prezidenti Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
Qeyd edək ki, M.Aslanov Zelenskiyə Azərbaycanın Ukraynaya dəstəyini necə qiymətləndirdiyi barədə sual ünvanlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər