“Bu, Ukrayna üçün kifayət deyil” - Zelenski

“Bu, Ukrayna üçün kifayət deyil” - Zelenski “Ukraynanın NATO-ya üzvlüyü istiqamətində “açıq qapı” siyasəti kifayət etmir”.lo8
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 11-də keçirdiyi mətbuat konfransı zamanı bildirib.
“Ukrayna sentyabr ayında NATO-ya sürətli üzvlük üçün müraciət etdi, lakin o vaxtdan bəri proses irəli getmədi. Bu gün Ukraynaya NATO-dakı ölkələrin dəstəyi kifayət etmir. İsveç və Finlandiyanın üzvlük məsələsində olduğu kimi səmərəli və reallığa əsaslanan şəkildə qərar verilməlidir”, - deyə Zelenski qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər