Putin: Qərbin məqsədi Rusiyanı məhv etməkdir

Putin: Qərbin məqsədi Rusiyanı məhv etməkdir Qərbin bir məqsədi var - Rusiya Federasiyasını məhv etmək.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında yayımlanan "Moskva.Kreml.Putin" proqramına müsahibəsində deyib.
O bildirib ki, əgər Qərb Rusiya Federasiyasını dağıtmağa və onun qalıqları üzərində nəzarəti bərqərar etməyə nail olsa, Rusiya xalqı qorunub saxlanmaya bilər - onun yerinə moskvalılar, urallar və başqaları olacaq.
"Qərb Rusiyanı “sivil xalqlar ailəsi”nə ancaq hissə-hissə qəbul edə bilərdi. Ona görə də, Rusiya xalqının birliyi ölkənin bütün qələbələri və nailiyyətləri üçün əsas şərtdir", deyə Putin vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər