Putin yenidən prezident seçkilərinə qatıla bilər - Şərtləri

Putin yenidən prezident seçkilərinə qatıla bilər - Şərtləri Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə prezident seçkilərində iştirak edə bilər.
Bu barədə o, Dövlət Dumasında çıxışı zamanı deyib.
Putin bunun üçün şərtlərini də açıqlayıb. Belə ki, o, bununla bağlı ölkənin əsas qanununa təklif olunan düzəliş Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənərsə, seçkilərə 2024-cü ildən sonra qatıla biləcəyini deyib. Bundan əvvəl isə Rusiya vətəndaşları bu dəyişiklik üçün referendumda iştirak etməlidir.
Xatırladaq ki, Putin prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılması təklifinə qarşı çıxmışdı.
Eyni zamanda, Rusiya rəhbəri “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkovanın Konstitusiyaya prezidentlik müddətinin sıfırlanması ilə bağlı dəyişiklik təklifi ilə də razılaşmamışdı.

Tehsil-press.az

Oxşar xəbərlər