Rusiya gündəlik neft hasilatını 500 min barel azaldacaq

Rusiya gündəlik neft hasilatını 500 min barel azaldacaq Bu aydan etibarən Rusiya könüllü olaraq gündəlik neft hasilatını 500 min barel azaltmağa başlayır.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
Onun sözlərinə görə, qərar OPEC+ ölkələri ilə məsləhətləşmədən könüllü olub.
Hasilatın azalması qaz kondensatı istisna olmaqla, yalnız neftə təsir edəcək. İstehsal kvotası neft şirkətləri arasında onların hasilat səviyyəsindən asılı olaraq bərabər bölünəcək.
“BCS World of Investments”in baş analitiki Ronald Smit bildirib ki, Rusiyanın bu qərarı həm beynəlxalq neft qiymətlərini, həm də ölkə neftinin qiymətini artıra bilər. Bu da öz növbəsində Rusiya neft şirkətlərinin gəlirlərinə və büdcəsinə müsbət təsir göstərə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər