Rusiya neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Rusiya neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb Rusiya bu il neftin bir barrelinin qiymətinin 50-55 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Təhsil-press.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Analiz Mərkəzinin rəhbəri Pavel Sorokin deyib.
P.Sorokin neft təklifi və tələb balansındakı dəyişiklikləri nəzərə alaraq bu il “qara qızıl”ın bir barrelinin orta qiymətinin 50-55 dollar səviyyəsində olacağını nəzərdə tutduqlarını bildirib. O, neftin qiymətinin orta müddətdə 60 dollara qədər yüksələcəyini də qeyd edib.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə olunan razılaşmaya görə, gündəlik neft hasilatını 300 min barrel azaltmağı öhdəlik götürən Rusiya yanvar ayında sutkalıq hasilatını 120 min barrel azaldıb. Rusiyanın neft və qaz ixracı üzrə gəlirləri 2016-cı ildə əvvəlki ilə görə 17,7 faiz azalaraq 73,6 milyard dollara geriləyib.

Təhsil-press.az

Oxşar xəbərlər