Müğənni Xəyyam məhkəməyə verildi - SƏBƏB

Müğənni Xəyyam məhkəməyə verildi - SƏBƏB Müğənni Xəyyam Nisanov məhkəməyə verilib.
Müğənni yol hərəkəti qaydalarını pozduğu üçün təyin olunan cərimələri vaxtında ödəməyib. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu maddə ilə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər