“Avropa İttifaqının Ermənistana göndərəcəyi müşahidəçi missiyasında əsasən Fransa nümayəndələri yer alacaq”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin sonunda Brüsseldən xahiş etdi ki, Azərbaycanla təmas xəttinə müşahidəçilər göndərsin. Brüssel iki aylığa təmas xəttinə müşahidəçilər yolladı. Moskva əvvəlcə buna etiraz etmədi. Ancaq iki ay bitdikdən və Paşinyan Avropa İttifaqının müşahidə missiyasının müddətini və sayını artırmaqla bağlı Brüssellə razılığa gəldikdən sonra Kreml narahat olmağa başladı.
Hazırda Moskvada hesab edirlər ki, Avropa İttifaqı Rusiyanın Ukraynada başının qarışmasından istifadə edərək Cənubi Qafqazda, o cümlədən Ermənistanda hərbi nöqteyi-nəzərdən möhkəmlənmək istəyir. Bu mümkündürmü?
Birincisi, Avropa İttifaqı NATO-dan fərqli olaraq hərbi struktur deyil, hər hansı ölkədə hərbi baza yarada bilməz. Məsələn, Avropa İttifaqı Rusiyanın Gümrüdəki hərbi bazasını əvəz edə bilməz. Bu, praktik baxımdan mümkün deyil.
İkincisi, Avropa İttifaqına üzv dövlətlərinin bir qisminin Cənubi Qafqazda maraqları olsa da, Cənubi Qafqazda Rusiya ilə toqquşmaq istəmirlər.
Üçüncüsü, Avropa İttifaqına üzv dövlətlər arasında Azərbaycanla strateji tərəfdaş olanlar da var, enerji əməkdaşlığı mövcuddur. Həmin dövlətlər Avropa İttifaqının müşahidəçi missiyasının tərkibində yer almağa tələsməyəcəklər. Avropa İttifaqının Ermənistana göndərəcəyi müşahidəçi missiyasında əsasən Fransa nümayəndələri yer alacaq. Əslində Kreml Avropa İttifaqından çox Fransanın Ermənistanla sıx əlaqələrindən narahat olmalıdır”.
Tehsil-press.az