Aİ-nin texniki qrupu Ermənistana gedir

Aİ-nin texniki qrupu Ermənistana gedir Avropa İttifaqının texniki qrupu bu gün Ermənistana səfər edəcək.
Bu barədə məlumatı Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlayıb.
Səfərin məqsədi Azərbaycanla sərhəddə Avropa İttifaqı missiyasının yerləşəcəyi konkret yerləri müzakirə etməkdir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın 7-si Praqada baş tutan danışıqların yekununda Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsi barədə razılıq əldə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər