2017-ci ildə Nyu-Yorkda terror aktını törədən özbək Sayfullo Saipov ömürlük həbs cəzasına məhkum edilib

2017-ci ildə  Nyu-Yorkda terror aktını törədən özbək Sayfullo Saipov ömürlük həbs cəzasına məhkum edilib 2017-ci ildə Nyu-Yorkda terror aktını törədən özbək Sayfullo Saipov ömürlük həbs cəzasına məhkum edilib.
Prokurorluq təqsirli bilinən Saipova ölüm cəzası verilməsini tələb edib, lakin bu, yalnız andlılar məhkəməsi heyətinin yekdil qərarı olduğu halda tətbiq oluna bilər, lakin buna nail olunmayıb.
Məhkum 2010-cu ildə ABŞ-a köçüb. 31 oktyabr 2017-ci ildə o, kiçik yük maşını icarəyə götürərək onu velosiped yoluna çıxarıb. Ölən səkkiz nəfər arasında Argentinadan səfər edən beş dostdan ibarət bir qrup var və daha 12 nəfər yaralanıb. Saipovu qarnından güllələyən polislər saxlayıblar.
Saipov onu "əsgərlərindən" biri adlandıran "İslam Dövləti" cihadçı qruplaşması adından hərəkət etdiyini söyləyib.
O, yanvar ayında çoxsaylı qətllər və terrorizmdə ittiham olunaraq məhkum edilib. Prokurorluq Saipova ölüm cəzası istəyib.
Onun mühakiməsi Jo Bayden-in prezidentliyi dövründə prokurorların məhkum edilmiş şəxs üçün ölüm cəzası tələb etdiyi ilk federal məhkəmə idi.
Bayden özü ölüm hökmünün əleyhinədir və 2021-ci ilin iyulunda ABŞ-ın baş prokuroru Merrik Qarland federal işlərdə ölüm cəzasına moratorium elan edib.
Prokurorların ölüm hökmü tələb etməsi faktı onu deməyə əsas verir ki, Ədliyyə Departamenti ölüm cəzasını qəbul etməyə hazırdır, ancaq terrorla bağlı işlərdə.
Münsiflər heyəti Saipovu təqsirli bilib, lakin onun ölüm cəzasına məhkum edilməsi üçün Nyu-York qanunu 12 andlı iclasçının hamısının yekdil qərarı tələb edir və buna nail olunmayıb.
Sayfullo Saipov qalan günlərini Kolorado ştatındakı ADX Florence federal həbsxanasında keçirəcək. Bu həbsxanada 2013-cü ilin aprelində Boston marafonunun finiş xəttində partlayışların təşkilinə görə ölüm cəzasına məhkum edilmiş Coxar Tsarnayev saxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər