2015-ci ildə Paris teraktını törədən şəxsə ömürlük həbs cəzası verilib

2015-ci ildə Paris teraktını törədən şəxsə ömürlük həbs cəzası verilib Fransa məhkəməsi 2015-ci il noyabrın 13-də Parisdə törədilən qanlı terror aktlarının sağ qalan yeganə icraçısı Salah Abdeslamı ömürlük həbs cəzasına məhkum edib.
Məhkəmənin qərarına əsasən məhkumun vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etmək hüququ olmayacaq. O, qətllərdə və terror aktının hazırlanmasında iştirakda təqsirli bilinib.
Bu işə baxmaq üçün xüsusi olaraq toplanmış məhkəmə terror aktında iştirak edən ümumilikdə 20 məhkuma həbs cəzası verib. Xüsusilə, S.Abdeslamın ortaqlarından biri olan Məhəmməd Abrini də ömürlük həbs cəzası alıb, lakin o, 22 ildən sonra vaxtından əvvəl azadlığa buraxılmasını istəmək hüququna malikdir.
Xatırladaq ki, 2015-ci il noyabrın 13-də terrorçular Parisdə küçələrdə, "Bataclan" konsert salonunda və "Stade de France" stadionunun yaxınlığında silsilə hücumlar həyata keçiriblər. Terrorçuların odlu silahlar, həmçinin partlayıcı qurğulardan istifadə ediblər olub. Hücumlar nəticəsində 130 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər