Polşada Rusiyanın lehinə casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşı saxlanılıb.
Olkənin şimalındakı Qdansk şəhər prokurorluğundan verilən açıqlamada şübhəlinin istintaq tamamlanana qədər 3 ay müddətinə həbs oluna biləcəyi bildirilib.
Açıqlamada naməlum şəxsin Rusiya kəşfiyyatına məlumat verdiyini etiraf etdiyi qeyd olunub.
Prokurorluğun sözçüsü sözügedən əcnəbinin yanvar ayından Polşada olduğunu və ölkənin şimalındakı əsas infrastruktur və təhlükəsizlik prosedurları haqqında məlumat topladığını deyib.
Şübhəlinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
Tehsil-press.az