Dünyada neftə olan tələbat azalır. Bu da özünü qiymətlərdə göstərir. Uzun müddətdir “qara qızıl”ın qiyməti 80 dollar ətrafında dəyişir. Mövcud vəziyyət bütün proqnozları tamamilə alt-üst edir.
Son zamanlar neftin qiymətinə nəzər saldıqda azalmalar müşahidə edirik. Hazırda Rusiya neftinə sanksiyalar tətbiq olunur. Həmçinin dünya iqtisadiyyatında da pandemiyadan sonra inkişaf qeydə alınır. Bəs bu amillər fonunda neftin qiymətinin azalmasına səbəb olan nədir?
Neftin ən maksimum qiyməti...
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, neftin qiymətində artım və azalma müşahidə olunsa da, proses 80 dollar həddinin altında cərəyan edir: “Hazırda (28 mart) neftin qiyməti London birjasında 78 dollardır. 17 mart tarixində isə neft 72 dollara qədər ucuzlaşmışdı. Sonrakı günlərdə 76 dollara qədər artıb, martın 24-də isə 74 dollara qədər ucuzlaşıb. Ötən il dekabrın 5-də Rusiya neftinə qarşı sanksiyalar tətbiq edildi. Ondan sonra dünya bazarında neftin qiymətində bir qədər artım müşahidə edildi. Neftin ən maksimum qiyməti yanvarın 23-də 88 dollar olub. Bu ilin əvvəlində - yanvar ayının 2-də brent markalı neftin qiyməti 78 dollar idi. Bu gün də həmin qiymətədir”.
Enerjiyə olan tələbat azdır
İ.Şabanın sözlərinə görə, neftin ortalama qiymətinin 80 dollardan aşağı olmasının müəyyən səbəbləri var: “Beynəlxalq Enerji Agentliyinin mart ayında açıqladığı sonuncu hesabatda göstərilir ki, OPEC+ çərçivəsində dünya bazarına qəbul etdikləri gündəlik kvotadan 1,72 milyon barel az neft çıxarılıb. Amma cari il üçün qeyd edilirdi ki, 2022-ci ilin təlatümləri bir qədər geridə qaldığına görə dünyada neftə olan tələbat artacaq və dünya iqtisadiyyatında daha çox artım müşahidə olunacaq. Bu hələ ki özünü göstərmir. İstər Beynəlxalq Valyuta Fondu, istər Dünya Bankı cari il üçün dünya iqtisadiyyatının artım tempinin dekabrda verdikləri proqnozdan daha aşağı olacağını bildiriblər. Bu da o deməkdir ki, enerjiyə olan tələbat heç də proqnoz edildiyi kimi deyil. Yəni dünya bu gün iqtisadi artıma müvafiq olaraq daha az enerji ilə kifayətlənməyə köklənib”.
İsti hava və inflyasiya
Ekspert bildirdi ki, enerjiyə tələbatın azalması həm də inflyasiya ilə bağlıdır: “Digər tərəfdən, cari ilin ilk üç ayı, yəni qış mövsümü şimal yarımkürəsində kifayət qədər mülayim keçdi. Bununla da enerjiyə tələbat azaldı. İnflyasiya insanların gəlirlərinin azalması deməkdir. İnsanların gəlirləri azalanda, onlar bahalı malları almağa meyilli olmurlar. İnkişaf etmiş ölkələrdən kasıb ölkələrə qədər hamısında inflyasiyanı müşahidə edirik. Yəni ölkələr varlanmır, əksinə, kasıblaşır. Kasıblaşanda kredit borcu yaranmasın deyə xərcləri azaltmaq lazımdır. Xərcləri azaltdıqda enerjiyə olan tələbat da azalır. Bütün bu səbəblər neftin qiymətinin artımının qarşısını alır”.
Ölkələr əgər ucuz neft alırlarsa...
İ.Şaban qeyd etdi ki, hazırda dünya bazarında neftin qiymətinin artımına gətirib çıxaracaq heç bir amil yoxdur: “Neftin qiyməti o zaman qalxır ki, bazarda qıtlıq olsun. Hazırda o qıtlığı yaşamırıq. İkinci məsələ budur ki, Rusiya kimi bir ölkəni Avropa kimi iri istehlak bazarından ayırıblar. Rusiya da həcmlərini dünyanın digər böyük istehlak bazarı olan Çin və Hindistanda ucuz qiymətə satır. Bu ölkələr əgər ucuz neft alırlarsa, demək orada əvvəllər satılan başqa həcmlər artıq satılmır. Təklif çoxalanda qiymət artıma meyilli olmur”.
Dünya artıq müharibəyə öyrəşib
Ekspert dedi ki, neftin qiymətini artıran digər səbəb dünyada hansısa təlatümlərin olmasıdır: “Artım üçün bazarda qlobal hadisələr baş verməlidir. Yəni böyük bazarlar arasında müharibə, münaqişə yaşansa, artım ola bilər. 2022-ci ildə belə bir şey oldu və qiymətlər artdı. Amma indi dünya artıq müharibəyə öyrəşib. Yeni yollar, bazarlar, təchizat sxemləri yarandığından risklər azalmağa başlayıb. Risklər azaldığında isə qiymət artımı müşahidə edilmir. Rusiya Baş Nazirinin müavini Aleksandr Novakın açıqladığına görə, Rusiyada neft hasilatı mart ayında 500 min barel azalıb. Sanksiya varsa, azalmalıdır. Ancaq bu azalma dünyadakı iqlim amillərinə, iqtisadiyyatın artım tempinə uyğun olmadığından bazarda qıtlıq yoxdur. Bunun nəticəsində qiymətlər 80 dolların altındadır”.
“Qiymətlərin artacağını gözləmirəm”
İ.Şaban bildirdi ki, dünyadakı proqnozlar qiymətlərdə artımın olacağını ifadə etsə də, elə olmayacaq: “Bütün proqnozlarda, istər Beynəlxalq Enerji Agentliyi, istər OPEC qeyd edirlər ki, neftin qiyməti üçüncü rübdən başlayaraq artmağa doğru gedəcək. 100, 110, 95 dollar kimi qiymətlər səsləndirirlər. Ancaq 2015-ci ildən sonra verilən proqnozların reallıqda gerçəkləşdiyini müşahidə etməmişəm. Mən şəxsən qiymətlərin artacağını gözləmirəm. İlin sonuna qədər proqnoz vermək çətindir. Ancaq görünən odur ki, yaxın 6 ay üçün neftin qiyməti yenə də 75-80 dollar arasındakı dəhlizdə dəyişəcək”.
Azalma özünü gəlirlərdə də göstərəcək
Ekspertin sözlərinə görə, bu il üçün Azərbaycanın da neft gəlirləri aşağı düşəcək: “Əgər 2022-ci il üçün Neft Fondunun gəlirləri faktiki olaraq 9,9 milyard dollar olmuşdusa, bu il ən yaxşı halda 8 milyard dollar olacaq. Proqnozlara görə, Azərbaycanın neft hasilatı təqribən 1 milyon ton azalacaq. Bu azalma özünü gəlirlərdə də göstərəcək”.
Tehsil-press.az