Manat yeni ili də ucuzlaşma ilə başladı, neftə qulaq asmır...

Manat yeni ili də ucuzlaşma ilə başladı, neftə qulaq asmır... Tehsil-press.az xəbər verir ki, manat bu gün keçirilən hərraclarda Rusiya rubluna və digər xarici valyutalara nisbətdə də uzuclaşıb. Ucuzlaşma tendensiyasının sonrakı günlərdə də eyni tempdə davam edəcəyi gözlənilir.
Maraqlıdır ki, manat dünya neft bazarlarında qiymətlərin dəyişməsinə reaksiya vermir. Belə ki, OPEC ölkələrinin və kartelə üzv olmayan başqa hasilatçı ölkələrin əldə etdikləri razılaşma əsasında yanvarın 1-dən başlayaraq neft hasilatı azaldılır. Hasilatın azaldılmasına dair xəbərlərin təsiri ilə yeni ilin ilk hərraclarında neftin bareli 58 dollara qədər bahalaşıb, daha sonra nisbi geriləyib və hazırda 56 dollar səviyyəsindədir. Neftin qiymətinin 50 dolları keçməsindən sonra Rusiya rublu xeyli möhkəmlənib və 1 dollar üçün təqribən 65 rubldan 60.5 rubla qədər geriləyib.
Buna baxmayaraq Azərbaycan manatı neft bazarında baş verən qiymət dəyişikliyinə reaksiya vermir və belə görünür ki, ancaq ucuzlaşma yolunu tutub. Mərkəzi Bankın bildirdiyi kimi hazırda Azərbaycanın tədiyyə balansında 5 milyard dollarlıq kəsir yaranıb və bu kəsirin aradan qaldırılması üçün neftin qiymətində kəskin artım lazımdır. Hesablamalara görə bu kəsir neftin qiymətinin 70 dolları keçməsi halında aradan qaldırıla bilərdi. Deməli manatın neftin bahalaşmasına reaksiya verməsi də ancaq qiymətin həmin həddə çatmasından sonra müşahidə oluna bilər.

Tehsil-press.az

Oxşar xəbərlər