Meksikada 2 nəfər hava şarında yanaraq ölüb

Meksikada 2 nəfər hava şarında yanaraq ölüb Meksikanın Mexiko ştatında hava şarınının səbətinin yanması nəticəsində iki nəfər ölüb.
Hadisə Teotiuakan arxeoloji sahəsi üzərində baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 13 yaşlı qız yaralanıb. Hava şarını idarə edən şəxsin vəziyyəti məlum deyil, çünki yaxınları onu yanğın bşa verən yerdən dərhal aparıblar.
Şahidlərinin sözlərinə görə, ölənlər evli cütlük olub. Onlar yanğından xilas olmağa çalışaraq, böyük hündürlükdən tullanıblar. İlkin məlumata görə, 13 yaşlı qız onların qızıdır. O, xəstəxanaya yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər