Pirotexnika fabrikində partlayış nəticəsində ölənlərin sayı artıb

Pirotexnika fabrikində partlayış nəticəsində ölənlərin sayı artıb Meksikada pirotexnika fabrikində partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, ötən gün Mexikonun yaxınlığında yerləşən xəstəxanada partlayış nəticəsində yanıq xəsarətləri alan 70 yaşlı qadın dünyasını dəyişib. Qeyd edək ki, dekabrın 21-də Meksikanın Mexiko ştatının Tultepek şəhərində pirotexnika fabrikində partlayış baş vermişdi. Partlayış nəticəsində 20 nəfər hadisə yerində, daha 22 nəfər isə xəstəxanada ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər