Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. İmtahan keçirilən binalarla müntəzəm əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahan Bakı şəhərində 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 75 nəzarətçi-müəllim, 9 buraxılış rejimi əməkdaşı ayrılıb.
Aprelin 3-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticəsi yaxın 2-3 gün ərzində elan olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər