Parisdə ikinci Eyfel

Parisdə ikinci Eyfel Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin 1/10 ölçüsündə daha biri tikilib.
Bu, dünyaca məşhur Eyfel qülləsindən 200 metr irəlidə yerləşib.
1 aprel zarafatı olduğu düşünülən qüllənin zarafat üçün tikilmədiyi məlum olub.
Eyfela adlı qüllənin Filip Maindron tərəfindən inşa edildiyi və aprelin 10-na qədər sərgilənəcəyi açıqlanıb.
Qüllənin aşağısında yazılmış qeyddə, “Doğum xəbəri, adım Eyfeladır. 1 aprel 2023-cü il şənbə günü saat 05:25-də Parisdə anadan olmuşam. Boyum 32 metr, ağırlığım 23 tondur. Anam çox sevindi”, - sözləri yazılıb.

Tehsil-press.az



Oxşar xəbərlər