Parisdə zibil aşıb-daşacaq

Parisdə zibil aşıb-daşacaq Fransanın paytaxtı Parisdə zibil yığımına cavabdeh olan kommunal işçilər pensiya islahatına qarşı 2 həftəyə yaxındır keçirdikləri tətili davam etdirmək qərarına gəliblər.
Tətilin müddəti martın 27-sinə qədər uzadılıb. Bu isə Parisdə tullantıların daşınmaması ilə bağlı yaranan problemləri daha da kəskinləşdirəcək.
Digər şəhərlərin də bu tətilə qoşulacağı gözlənilir.
Qeyd edək ki, martın 20-sinə olan məlumata görə, Parisdə tullantı qablarının yanında 9300 ton zibil yığılıb. Bələdiyyə rəsmiləri yığılıb qalan tullantıların daşınması üçün 2 həftə vaxt tələb olunacağını qeyd edib.
Xatırladaq ki, Fransada senator və deputatlardan ibarət Müştərək Komissiya ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddəni qəbul edib. Bununla yanaşı, pensiya islahatının yekun mətni Senatda da qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər