Ötən gecə Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan sərbəst buraxılıb.
A.Nikolyanın vəkili Aleksandr Koçubayev bildirib ki, ona qarşı heç bir ittiham irəli sürülbəyib.
Qeyd edək ki, Nikolyanın polis şöbəsindən buraxılarkən alqışlarla və sevgi göstərişi ilə qarşılanması diqqəti cəlb edib. Halbuki vəkil Koçubayov daha əvvəlki açıqlamasında polis tərəfindən saxlanılan Aram Nikolyan barəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlanıldığını bildirmişdi.
Bu hadisə Ermənistan cəmiyyətində uzun illərdir torpaqlarını işğal etdikləri, şəhər və kəndlərini xaraba qoyduqları Azərbaycana qarşı nifrətin hələ də hansı səviyyədə olduğunu göstərir.
Yüz minlərlə azərbaycanlını doğma el-obasından didərgin salan daşnak təfəkkürlü, barbar xislətli erməni cəmiyyətinin Aram Nikolyanın bayraqdan aldığı qisası şanlı qələbə kimi qarşılaması təəssüf doğurmaqla yanaşı, bölgədə sülhə olan inamı da sarsıdır.
Azərbaycan dövlətinin və cəmiyyətinin uzatdığı sülh əlini hər dəfə geri çevirən, Sülh müqaviləsinin imzalanmasını təxirə salan, sərhədlərin delimitasiyasından yayınmaq istəyən Ermənistan və erməni cəmiyyəti idman yarışındakı son hadisə, bayrağa qəsd edən şəxsin cəzasız buraxılması ilə yenidən gerçək üzünü göstərmiş oldu.
Tehsil-press.az