İspaniyada erməni mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bu barədə məlumatı Kataloniya polisi öz Tvitter səhifəsində paylaşıb. Polis ələ keçirilən şəxsləri narkotrafikdə, silah ticarətində, tütün qaçaqmalçılığında, çirkli pulların yuyulmasında, idman yarışlarındakı korrupsiyada və Avropadakı digər cinayətlərdə ittiham edib.
Əməliyyat zamanı Barselona, Madrid, Valensiya, Alikanta, Albasetedə axtarışlar aparılıb. Nəticədə 100-dən çox şəxs yaxalanıb.
İspaniyanın “El Pais” qəzeti yaxalananların böyük hissəsinin gürcü və erməni olduğunu bildirib. Bu şəxslərin Şuşanaşvili qardaşları və erməni qanuni oğru Erik Caqinyanın rəhbərliyi altında çalışdığı vurğulanıb.
Tehsil-press.az