Avstriyalı müəllim ölkəsinə gələn uşaqları təhqir etdi

Avstriyalı müəllim ölkəsinə gələn uşaqları təhqir etdi Avstriyanın paytaxtı Vyanada alman dili müəllimi öz dərslərində Suriya, Türkiyə və Ukraynadan olan uşaqları təhqir etməkdə ittiham olunur.
Vyanada orta məktəbin müəllimi sözügedən ölkələrdən olan uşaqlara heç nə bacarmadıqlarını və öz ölkələrinə qayıtmalı olduqlarını deyib.
Müəllimənin ümumilikdə uşaqlarla kobud davrandığı, onlar və valideynləri barədə təhqiramiz ifadələr səsləndirdiyi vurğulanıb.
Hazırda şəhər üzrə təhsil departamenti məsələni araşdırır.

Tehsil-press.az





Oxşar xəbərlər