Diaqnostik qiymətləndirmədə daha 2 müəllim ən yüksək bal toplayıb
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində daha 2 müəllim ən yüksək bal toplayıb. Hər ikisi ixtisasca ingilis dili müəllimidir.
Müəlimlərdən biri, Kəlbəcər rayonu 97 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Paşayeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, diaqnostik qiymətləndirmədə ilk dəfə iştirak edib: “Hamı diaqnostik qiymətləndirmədən keçib. Amma mən analıq məzuniyyətində olduğum üçün bunu edə bilməmişdim. Buna görə də çox həyəcanlı idim. Aprel ayından kurikuluma hazırlaşdım. Düzü, hər hansı xüsusi məqsədim yox idi. Hamı diaqnostik qiymətləndirmədən keçmişdi, mən də keçməliydim. İxtisasımla bağlı hər hansı şübhəm olmasa da, kurikulumla bağlı suallara cavab verə bilməməkdən qorxurdum. Eyni zamanda, yüksək nəticə göstərmək istəyirdim”.
Peşəsini çox sevən Leyla müəllim uşaqlarla işləməkdən zövq aldığını deyib: “Uşaqlarla işləməyi çox sevirəm. Ona görə harada işləməyimin ciddi fərqi yoxdur. Ancaq 60 bal topladığıma görə əlimdə olan fürsəti də dəyərləndirmək fikrindəyəm. Yerdəyişmə üzrə müsabiqəyə qatılacağam. Bakı məktəblərinin birində işləmək istəyirəm”.
Qəbələ rayonu Vəndam qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mədinə Qasımova diaqnostik qiymətləndirmədə ikinci dəfə iştirak edib və 60 bal toplayıb. “Keçən dəfə 55 bal toplamışdım. Ucqar kənddə çalışıram. Ən yüksək nəticə əldə etmək istəyirdim. Ona görə ikinci dəfə də imtahanlara qatıldım. Artıq 18 ildir ki, bu kənddə müəllim işləyirəm. Düşünürəm ki, hər müəllim daim öz üzərində çalışmalıdır. Peşəmiz elə peşədir ki, daim məlumatlı, hazırlıqlı olmaq tələb olunur bizdən. Diaqnostik qiymətləndirmədən keçmək mənim üçün xüsusi hazırlıq tələb etmirdi. İşimi sevirəm və dərsə hər gün hazırlaşıram. Hər gün hazırlaşdığım bir işdən imtahan vermək mənə çətin olmadı”.
Tehsil-press.az