Tərtərdə məktəbli qızın qaçırılması iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA

Tərtərdə məktəbli qızın qaçırılması iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir.
Həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

12:24

Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.
Hadisə kənd məktəblərindən birində qeydə alınıb.
Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb.
Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.
Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:
“Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir”.

Tehsil-press.az


Oxşar xəbərlər