Yeznə ilə qaynın ova getməsi ölümlə nəticələndi

Yeznə ilə qaynın ova getməsi ölümlə nəticələndi Sabirabadda yeznə qaynını güllələyərək qətlə yetirib. Hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Aqil Nəsirov yeznəsi Zəka Nəsirovla birlikdə ov edən zaman sonuncunun tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.
Hadisə yerinə hüquq mühafizə orqanları tərəfindən baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər