Məktəbdə halı pisləşən şagird xəstəxanada vəfat edib

Məktəbdə halı pisləşən şagird xəstəxanada vəfat edib Xaçmaz rayonunda azyaşlının oxuduğu məktəbdə ölüb. Bununla bağlı Baş Prokurorluğun bətbuat xidməti açıqlama verib.
Bildirilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
8-ci sinif şagirdi Rəcəbova Xədicənin məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər