Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakıda şagird sinif yoldaşını bıçaqladı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.
Hadisə dərsdən sonra qeydə alınıb.
Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.
Məktəbli hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.
Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Tehsil-press.az


Oxşar xəbərlər