UNEC-də 4 ildə iki diplom əldə etmək imkanı

UNEC-də 4 ildə iki diplom əldə etmək imkanı UNEC-də tətbiq olunan Universitet Daxili İki Diplom (UDİD) proqramı tələbələrə qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr diplomu əldə etmək, rəqabətədavamlı mütəxəssis kimi yetişmək və əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.
UDİD proqramına qoşulmaq üçün müraciət şərtləri:
- I kurs tələbəsi olmalı;
- ÜOMG 71-100 bal arasında olması.
UDİD proqramı maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, menecment, marketinq, iqtisadiyyat, statistika ixtisasları üzrə aparılır.
Tədris dili Azərbaycan, rus, ingilis, türk dilləridir.
Tələbə UDİD proqramında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də iştirak edə bilər. İngilis dilində təhsil almaq istəyənlərdən xarici dil sertifikatı tələb olunur.
Proqrama qeydiyyat iyunun 30-dan avqustun 15-dək aparılacaq.
Tələb olunan sənədlər və ətraflı məlumatla UNEC-in saytında tanış olmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər