Rusların dünyada analoqu olmayan 2 raketi var...

Rusların dünyada analoqu olmayan 2 raketi var... Rusiyada ən müasir və texnologiya dühasının zirvəsi hesab edilən iki silah var: “Xəncər” və “Sirkon”....
Bu sözləri ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.
“Bunların birincisi “Xəncər” X-47 raketidir. Biz onun dünyada nə dərəcə “analoqsuz” və “düha” olduğunu görürük. Hərçənd Rusiya onu bu illər ərzində nə qədər reklam etsə də, çoxları onda üstün qabiliyyətlərin olmadığını bildirirlər. Bu, aviasiya daşıyıcısı ilə modernləşdirilmiş adi “İsgəndər” tipli ballistik raketdir.
Daha bir raket var – “Sirkon”, o, faktiki olaraq dəniz bazalıdır. Raketin 5 min kilometrə çatan böyük mənzili var. Lakin sona qədər sınaqdan keçməyib. “Sirkon”nun bir çox daxili problemləri də mövcuddur”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Ukrayna ilk dəfə olaraq "Xəncər" hipersəs raketini ötən həftə vurmağı bacarıb. Onun "Patriot"la vurulduğu bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər