Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan çıxardı

Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan çıxardı Hindistan öz istehsalı olan orta mənzilli yer-yer tipli “Prithvi-II” raketini uğurla sınaqdan çıxarıb.

RİA Novosti xəbər verir ki, raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb. Yer-yer tipli “Prithvi-II” raketi 500 kq – 1 ton ağırlıqda döyüş başlıqları daşıya bilir. Hərəkət məsafəsi 350 km, çəkisi 4,6 tondur. Raket Hindistanın müdafiə tədqiqatları ilə məşğul olan təşkilatı tərəfindən hazırlanıb.


Tehsil-press.az

Oxşar xəbərlər