Şimali Koreyadan gərginlik yaradacaq açıqlama: “ABŞ-a raket ataraq, dünyanı silkələyə bilərik”

Şimali Koreyadan gərginlik yaradacaq açıqlama: “ABŞ-a raket ataraq, dünyanı silkələyə bilərik” Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ ilə gərginliyi artıracaq yeni açıqlama yayıb.
Bildirib ki, hidrogen bombaları, qitələrarası ballistik raketlər və hipersəs raketləri ABŞ materikinin əhatə dairəsindədir və dünyanı silkələyə bilər:
“Bir çox ölkələrin ABŞ-a boyun əymək və kor-koranə itaət etməklə vaxtlarını itirdiyi müasir dünyada bizim bu planetdə yeganə ölkəyik ki, ABŞ materikinin əhatə dairəsində raket ata, dünyanı sarsıda bilərik. Hidrogen bombaları, qitələrarası ballistik raketlər və hipersəs raketləri ixtiyarımızdadır”.
Eyni zamanda, qeyd edilib ki, son raket sınaqlarını “fövqəladə uğurlar”dır, lakin ölkə son nəticədə “müharibədən çəkindirmə”yə maraqlıdır.
Bəyanata cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton Pxenyanı “beynəlxalq sülh, təhlükəsizliyə və nüvə silahlarının yayılmaması rejiminə təhdid” kimi görür, lakin ABŞ-ın bu ölkəyə qarşı heç bir düşmən niyyəti yoxdur.
Şimali Koreya təkcə bu il yeddi raket sınağı keçirib, onların əksəriyyəti Yapon dənizinə atılıb
Ölkə ötən həftə 2017-ci ildən bəri ilk dəfə “Hwasong-12” orta mənzilli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib.
Ehtimal olunur ki, raket ABŞ-ın Quam ərazisini vura bilər.

Tehsil-press.az

Oxşar xəbərlər