Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkərək yaymaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Z.Mirzəyev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Zərərçəkmiş qismində FHN və iki qadın tanınıb.
Tehsil-press.az